Bu gün Tbilisidə daha irimiqyaslı aksiya keçiriləcək və artıq aksiyanın bəyanatı yayılıb.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, “Evə - Avropaya” adlandırılan aksiyanın  Gürcüstan parlamentinin qarşısında keçiriləcəyi nəzərdə tutulub.

Aksiyanın təşkilatçıları “Xəcalət” və digər vətəndaş təşkilatlarıdır . Mitinq təşkilatçılarının bildirdiyinə görə, iyunun 24-də Gürcüstanın deoliqarxizasiyası ilə bağlı tələblər elan olunacaq və tədbirlər planı barədə ictimaiyyətə məlumat veriləcək. Təşkilatçıların sözlərinə görə, cəmiyyət bu gün  “Gürcüstanı vətəninə Avropaya aparacaq” insanların böyük bir qrupu ilə tanış olacaq.

Aksiyanın bəyanatında qeyd edilib ki, "hakimiyyət nə vədlər versə də, onun sözünə sadiq qalacağına inanmırıq, çünki illərdir o, ancaq oliqarxa sadiqliyini sübut edib".  Daha sonra bəyanatda  proporsional seçki sistemi haqqında qanun layihəsinə diqqət çəkilərək bildirilib ki, onlar  gürcü xalqına və  Şarl Mişelə - Avropaya verilən vədi pozublar.

“Bu proses iyunun 20-də misli görünməmiş mitinqlə başladı və bu, tarix oldu - Bidzina İvanişvili ilə gürcü xalqının iradəsi bir-birindən ayrıldı, bunu dünya açıq şəkildə gördü. Buna baxmayaraq, bizim arxayınlaşmaq üçün heç bir haqqımız yoxdur - gürcü xalqı Gürcüstanın Avropa seçimini müdafiə etməlidir", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Avropa Şurasıa Gürcüstana İttifaqa üzvlüyə namizəd ölkə statusu verməyib.  İttifaqa üzvlüyə namizəd ölkə status almaq üçün qarşıdakı aylarda bir sıra öhdəlikləri yerinə yetirməli olduğu bildirilib...

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN