"Gürcüstan 6 ay ərzində müharibəyə və ya Rusiyaya qoyulan sanskiyalara qoşulmayacaqsa, bu zaman Gürcüstana namizəd statusunu kimsə verməyəcək"

Ötən gün "Gürcü Arzusu"nu tərk edən 3 siyasətçi, Sozar Subari, Dimitri Xundadze və Mixeil Kavelaşvili Avropa İttifaqı statusunu Gürcüstana heç 6 aya da verməyəcəklərini iddia ediblər. 

TEZADLAR. AZ Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə onların ortaq bəyanatında qeyd olunub. Bəyanata əsasən, Gürcüstan əgər 6 ay ərzində müharibəyə və ya Rusiyaya qoyulan sanskiyalara qoşulmayacaqsa, bu zaman Gürcüstana namizəd statusunu kimsə verməyəcək: "Əgər 6 ay ərzində müharibəyə və ya Rusiyaya qoyulan sanskiyalara qoşulmayacağıqsa, bu zaman Gürcüstana namizəd statusunu kimsə verməyəcək. Rusiyaya qoyulan sanskiayalara qoşulmaq da elə Gürcüstan üçün birbaşa müharibəyə qoşulmaq deməkdir. Viola fon Kramon və Latviya xarici işlər nazirinin dediyi kimi Ukrayna və Moldova 30 illik gözləntidən sonra namizəd statusu verildi, lakin bizə heç bu müddət ərzində də status verilməyəcək ki, ölkəmizdə uzunmüddət inqilab ssenarisini gündəmdə saxlanılsın", - deyə bəyanatda qeyd olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN