Ukrayna Norveçdən uzaqmənzilli silahların çatdırılmasını gözləyir.

 Söhbət MLRS M270-in üç vahidindən gedir.

Bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

"Biz Ukraynanı dəstəkləməliyik ki, onlar azadlıq və müstəqillik uğrunda mübarizəni davam etdirə bilsinlər.  Daha çox silah lazımdır. Raket artilleriyası Ukrayna tərəfindən böyük tələbat olan silahdır və biz Britaniya ilə əməkdaşlıq edərək bu növ silahların Ukraynaya təhvil verilməsinə zəmanət verə bildik”, - Qram bildirib.

M270 - döyüş sursatından asılı olaraq 32-dən 300 kilometrə qədər atəş açmaq qabiliyyətinə malik tırtıllı reaktiv yaylım atəşi sistemidir. Norveç M270-in üç bölməsini yenidən açacaq, çünki onlar 2005-ci ildən istifadə olunmur.

Xatırladaq ki, M270 MLRS (Multiple Launch Rocket System) — ilk dəfə ABŞ tərəfindən istehsal olunan çoxlüləli raketatan sistemidir. Birdən çox raketi saxlayan bu silah orduda topçulara dəstək olmaq üçün istifadə olunur. Peyklə idarə olunan raketlərlə saatda 90 km sürətlə gedərkən 187 km-ə nöqtə atışı edə bilir. Ləqəbi "Çöl pələngi"dir (desert tiger).

Qeyd edək ki, qərb hərbi ekspertləri Rusiya ordusunun bəzi uğurlarını onun məhz ağır texnika və artilleriyadakı üstünlüyündə görürlər.

Ukraynanın da Rusiya qoşunlarına qarşı döyüşlərdə MLRS M270-lə ümid etdiyi bildirilir.

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN