Ötən gecə Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında bunlar öz əksini tapıb. Bildirilir ki, doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib. İkinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Raket zərbəsi istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.

Beləliklə, neçə aydır davam edən müharibəni dayandıran yoxdur, dağıntılar və insan itkiləri isə hər gün artır. Avropa İttifaqı və NATO üzvlü ölkələrin isə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da artıq öz təsirini göztərməkdədir. Rusiya iqtisadiyyatı çətin imtahan qarşısındadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN