Aİ-də inflyasiya 3-cü rübdə pik həddə çata bilər...

Ötən gün Avropa Komissiyası Avropa İttifaqı və avrozona ölkələri üçün makroiqtisadi proqnozuna yenidən baxıb.

Hesabatda Ukraynadakı münaqişədən qaynaqlanan şokların Avropa iqtisadiyyatına həm birbaşa, həm də dolayısı ilə təsir etdiyi, aşağı artım tempinə və inflyasiyanın artmasına gətirib çıxardığına diqqət çəkilib.

Həmçinin  qeyd edilib ki, ərzaq və enerji xərclərinin sürətlə artması qiymətləri də artırır ki, bu da əhalinin alıcılıq qabiliyyətini azaldır və tənzimləyiciləri pul siyasətini daha sürətli sərtləşdirməyə məcbur edir.

Beləliklə,  Aİ ölkələrinin Ümum Daxili Məhsulu (ÜDM)  cari il 2,7%, növbəti ildə isə 1,5% (əvvəlki proqnozda 2,3%) artacağı gözlənilir. Avro zonasında iqtisadi artım bu il 2,6% (əvvəllər 2,7%), 2023-cü ildə 1,4% olacaq, hansı ki, əvvəllər 2,3% səviyyəsində təxmin edilirdi.

Qeyd edək ki, yenilənmiş məlumata əsasən, Aİ-də inflyasiya üçüncü rübdə pik həddə çata və ilin sonunadək 8,3% təşkil edə bilər, lakin 2023-cü ilin sonunda isə 3%-ə düşəcək.

AK qeyd edir ki, "artıq baş verən" staqflyasiya meylləri artan qaz qiymətləri səbəbindən güclənə bilər.

Xatırladaq ki,  cümə axşamı avro 20 ildə ilk dəfə bir dollardan aşağı düşüb.

Qeyd edək ki, millət vəkili, iqtisadşçı Vüqar Bayramov da  avronun kəskin ucuzlaşmasının əsas səbəbinin Ukraynadakı savaş olduğunu bildirib.

O, qeyd edib ki, son 1 ildə avro 18 faiz dəyər itirib  və Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib.

 “...Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək inflyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormozlayır”, -deyə bildirib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN