Kənd təsərrüfatı məhsullarının, həmçinin dərman və tibbi avadanlıqların satışına və daşınmasına icazə verilir və bu, sanksiyaların pozulmasını təşkil etmir.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bəri ilk dəfə olaraq ABŞ Maliyyə Nazirliyi sanksiyaların Rusiya ərzaq məhsulları və mineral gübrələrin ixracına şamil olunmadığını bəyan edib.

Agentlik açıqlamasında kənd təsərrüfatı məhsullarının, həmçinin dərman və tibbi avadanlıqların satışına və daşınmasına icazə verildiyini və Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmadığını bildirib.

“ABŞ Birləşmiş Millətlər Təşkilatının həm Ukrayna, həm də Rusiya taxılını dünya bazarlarına çıxarmaq və Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsinin dünya ərzaq təchizatı və ərzaq qiymətlərinə təsirini azaltmaq səylərini qətiyyətlə dəstəkləyir”, - deyə qeyd edilib.

Qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putinin müharibəsi ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalını sıxışdırıb.

“ O, ərzaqdan müharibə silahı kimi istifadə etdi - kənd təsərrüfatı anbarlarını, emal və sınaq müəssisələrini məhv etdi, taxıl və kənd təsərrüfatı avadanlıqlarını oğurladı, Qara dəniz limanlarını faktiki şəkildə bağladı" -, nazirlik qeyd edib.

Xatırladaq ki, fevralın 24-dən davam edən müharibə səbəbindən Qara dənizdəki yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)  məlumatına görə, may ayında taxıl qiymətləri indeksi əvvəlki aya görə 2,2 faiz, illik müqayisədə 29,7 faiz artıb. Buğda qiymətlərində isə aylıq müqayisədə 5,6 faiz illik əsasda isə 56,2 faiz artım olub. Beynəlxalq buğda qiymətləri 2008-ci ilin mart ayında qeydə alınan rekord səviyyədən cəmi 11 faiz bəndi aşağıdır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN