Azərbaycanda ötən il 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildiriblər.

Qeyd edilib ki, bu il şəhid və müharibə əlillərinə daha 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Bildirilib ki, cari ilin birinci yarımilində artıq 600-ü təqdim olunub. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra 3600, ötən dövrdə isə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olanlara verilib və yaxın iki ayda daha 500 mənzil və fərdi ev veriləcək.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN