Türkiyәnin milli müdafiә naziri Hulusi Akar vә  Ukraynanın infrastruktur naziri Aleksand Kubrakov arasında telefon danışığı olub.

Bu barәdә Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb.

Mәlumata görә, görüşdә taxılın daşınması ilә bağlı son proseslәr müzakirә olunub. Hulusi Akar söhbәt zamanı bu həftə taxıl daşımalarına başlanılacağını qeyd edib. Hulusi Akar, hәmçinin ilk gәminin mümkün qədər tez yola düşməsinin vacibliyini vurğulayıb.

Nazir Hulusi Akar "Türkiyə öz üzərinə düşəni etdi və etməyə də davam edəcək", - deyə bildirib.

Tezadlar.az

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN