İdxal ixracı dəfələrlə üstələyir...

Azərbaycanda yanvar-iyun aylarında 1081 ton çay ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib ki, ixrac edilən çayın dəyəri 6,2 milyon dollar olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə (6 ay ərzində) dəyəri 4,2 milyon dollar olmaqla 555 ton çay ixrac edilib.

Həmçinin qeyd edək ki, 2020-ci il ərzində çay ixracı 9,5 milyon ABŞ dolları həcmində olub.

Bu ilki çay ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artsa da, lakin bu il (yanvar-iyun aylarında) Azərbaycana 35 346,18 milyon dollar dəyərində 7 146,03 ton çay idxal olunub. Yəni idxal ixracı dəfələrlə üstələyib.

 

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN