Nəhayət, Avropa İtiifaqı (Aİ) ölkələri Rusiyadan idxal olunan təbii qazın minimuma endirilməsi şokunu yaşayarkən Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya nəql etdiyi qazın gündəlik həcmi 37 milyon m3-ə yüksəlib.
Bu barədə CNN-Türk məlumat verib. TV bildirdi ki, iyulda 36 milyon m3-lik köhnə rekord qırılıb. Və qaz nəqli hazırkı tempi qoruyub saxlasa, illik ixrac 13,5 milyard m3-ə çatacaq.
Bütün hallarda, zaman göstərdi ki, Avropa bir müddıt Azərbaycanla soyuq davransa da, sonda Azərbaycanın istisinə qızınmağa məhkumdur. Deməli, Azərbaycan təkcə bölgəmizdə deyil, həm də Avropada iqtisadi və siyasi söz sahibidir...
A.Məmmədli