booked.netbooked.net booked.net  

 Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri istifadəyə veriləcək.

Həmin Mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün  Agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb.

Və nəticədə Qarabağ iqtisadi rayonu üzrə lazım olan ixtisaslar müəyyən olunub:

Beləliklə, toxumçuluq, şitilçilik və tingçilik, kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika, kompyuter təmiri və xidməti mütəxəssisləri, baytar köməkçisi, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kombi ustası, təmirçi-çilingər, mebel ustası, avtomobil diaqnostikası və təmiri ustası, təchizat üzrə agent, ərzaq və qeyri-ərzaq mallarının satıçısı, nəzarətçi-xəzinədar, qəssab, elektrik və avtoarabacıqların sürücüsü, yanacaqdoldurma stansiyalarının operatoru ən prioritet ixtisaslar olub.

Xatırladaq ki, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Ötən ay Prezident İlham Əliyev Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam da imzalayıb. 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN