Bu ay da vergi ödəyicilərinin sayı artıb.

Belə ki, cari ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.370.252 vergi ödəyicisinin  87,6 faizi fiziki şəxs, 12,4 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,7 faiz (ümumi artımın 84,3 faizi), hüquqi şəxslərin sayı 8,9 faiz (ümumi artımın 15,7 faizi) artıb.

Yanvar-iyul ayları ərzində vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,4 faiz olmaqla 0,2 faiz artıb. Kommersiya qurumlarının sayı 154.379 vahid təşkil edib və 9,7 faiz artıb.

Qeyd edək ki, 2022-ci ilin iyul ayının 1-nə olan məlumata görə, respublika üzrə 1 363 776 vergi ödəyicisi uçotda olub.

İyul ayında da həmin şəxslərin  87,6%-i fiziki şəxslər, 12,4%-i isə hüquqi şəxslər və digər təşkilatlar idi.

Xatırladaq ki, 2021-ci ilin iyun ayının 1-nə respublika üzrə 1.260.629 nəfər  vergi ödəyicisi olub.

Onların da 87,7%-i fiziki, 12,3%-i faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb ki, bunun da 94,3%-i fiziki, 5,7%-i isə hüquqi şəxslərin hesabına baş verib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN