Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 16,6 faizi Türkiyənin, 14,8 faizi Çinin payına düşüb.

Azərbaycanın 2022-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi  25 milyard 885,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19 milyard 528,6 milyon dollar, idxalın dəyəri 6 milyard 357 milyon dollar təşkil edib, nəticədə 13 milyard 171,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,4 faiz, real ifadədə isə 8,1 faiz artıb.

Bu barədə Statistika Komitəsinin məlumatında deyilir.

 İxrac real ifadədə 14,4 faiz artıb, idxal isə 2,9 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 91,5 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Hindistan, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Ukrayna, Gürcüstan, Portuqaliya, İspaniya, İsveçrə, Çexiya, Tunis, Qazaxıstan, Tailand, ABŞ, İran, İndoneziya, Vyetnam, Xorvatiya və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 16,6 faizi Türkiyənin, 14,8 faizi Çinin, 4,8 faizi Qazaxıstanın, 4,4 faizi Almaniyanın, 3,5 faizi İranın, 2,7 faizi ABŞ-ın, 2,3 faizi İtaliyanın, 2,1 faizi Ukraynanın, 1,9 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya, Türkmənistan, Fransa və Birləşmiş Krallığın, 1,4 faizi Hindistanın, hər biri 1 faiz olmaqla Özbəkistan, Belarus və İndoneziyanın, hər biri 0,9 faiz olmaqla Braziliya və Gürcüstanın, hər biri 0,8 faiz olmaqla Polşa və Vyetnamın, 13,3 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, bitki mənşəli məhsulların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

Xatırladaq ki, 2021-ci il yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 14,2 milyard dollardan çox təşkil edib.

Həmin dövrdə ixrac 8,81 milyard dollar, idxal isə 5,39 milyard dollar təşkil edib. Və 3,42 milyard dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN