Bu gün Avropadakı hərraclarda maye qazın qiyməti min kubmetr üçün 3000 dollar həddini aşıb.
London ICE birjasının məlumatına görə, ticarətin açılışında sentyabr fyuçersləri 2800 dollara başa gəlib. Daha sonra qaz fyuçersləri 3000 dolları ötüb. Ötən ticarət gününün hesablaşma qiyməti ilə müqayisədə artım 18% təşkil edib.
Qeyd edək ki, RF Təhlükəsizlik Şurası (TŞ) rəhbərinin müavini Dmitri Medvedev qazın qiymətinin 2,8 min dollara qalxmasını avropalı siyasətçilərin “heyrətamiz kombinasiyası”nın nəticəsi adlandırıb.
"Bu heyrətamiz kombinasiya demək olar ki, avropalı siyasətçilərin işinə yaradı. Qaz - min kubmetr üçün 2800 dollar. Sərt iqtisadiyyat rejimi”, - o, deyib
Medvedev Almaniya kansleri Olaf Şolsa da eyham vuraraq, onun Kanadada qaz axtardığını və “mavi yanacağın” qiymətinin ilin sonuna 4 min dollaradək yüksələ biləcəyini də vurğulayıb.
“İlin sonunda qiymət necə olacaq? 4000 dollar? Kim daha çox, cənablar?", - deyə Telegram kanalında yayımladığı yazısında mesaj göndərib…
Xatırladq ki, Ukrayna ərazilərində aparılan müharibə səbəbindən Avropa ölkələri ən iri qaz tədarükçüsü olan Rusiyaya qarşı çoxsaylı maliyyə sanksiyaları tətbiq edib.
Rusiya “Şimal Axını-1” boru kəməri ilə Avropaya təbii qaz nəqlinin ixracını dayandırıb. 2011-ci ildə istifadəyə verilən boru kəməri hər gün Rusiyadan Almaniyaya maksimum 170 milyon kub metr qaz nəql edə bilir.
Avropa ölkələri Rusiyadan yanacaq asılılığından qurtulmaq üçün alternative yollar axtarır. Həmçinin Avropa İttifaqı qərara alıb ki, üzv ölkələr qaz istifadəsini 15 faizədək azaltsın.
JASMİN