Xəbər verdiyimiz kimi, bu gün Avropada hərraclarda maye qazın qiyməti min kubmetr üçün 3000 dollar həddini aşıb.
London ICE birjasının məlumatına görə, ticarətin açılışında sentyabr fyuçersləri 2800 dollara başa gəlib. Daha sonra qaz fyuçersləri 3000 dolları ötüb. Ötən ticarət gününün hesablaşma qiyməti ilə müqayisədə artım 18% təşkil edib.
Almaniya hökuməti qaz istehlakına görə əlavə dəyər vergisinin (ƏDV) dərəcəsini müvəqqəti olaraq 19%-dən 7%-ə endirmək qərarına gəlib. Almaniya kansleri Olaf Şoltsun sözlərinə görə, azaldılmış ƏDV dərəcəsi 2024-cü il martın 31-dək – qazın istehlakına tətbiq olunan yeni vergi tutulduğu müddətdə qüvvədə qalacaq.
Ekspertlərin fikrincə, almanların qış fəsli üçün maksimum iki ay yarımlq təbii qaz ehtiyatı qalıb.
Y.MƏMMƏDLİ