Ölkəmiz yanvar-iyul aylarında 78,1 min ton kartof ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən kartofun dəyəri 35 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 39,8 milyon dollar olmaqla 91,8 min ton kartof ixrac edilib.
Bu isə ötən ilkindən 13,1 min ton az kartof ixracı, 4,8 milyon dollar az gəlir deməkdir.
Statistik məlumatlara görə, Azərbaycanda kartofa illik təlabat 800-840 min ton təşkil edir. İllik tələbatın 90 %-i yerli istehsal hesabına ödənilir.
Ötən il ölkədə 56 min 103 hektar sahədə kartof əkini aparılıb. Hər hektardan orta məhsuldarlıq isə 83, 8 sentner təşkil edib.
2000-ci ildən sonrakı dövrün statistik məlumatlarına nəzər saldıqda görürük ki, Azərbaycanda daha çox kartof əkini sahəsi 2005-ci ildə olub - 70690,0 hektar.
2000-ci ildə bu rəqəm 52496,0 hektar təşkil edib və 2005-ci ilədək artan xətt üzrə inkişaf edib:
2001-ci ildə 55193,0 hektar;
2002-ci ildə 57610,0 hektar;
2003-cü ildə 59344,0 hektar;
2004-cü ildə 65796,0 hektar və nəhayət, 2005-ci ildə 70690,0 hektar.
Y.MƏMMƏDLİ