Avropada "mavi yanacağ"ın qiyməti ötən gündən etibarən ucuzlaşmaqda davam edir.
Bu gün səhər isə birjada yanacağın qiyməti 10% ucuzlaşıb.
Londonun ICE-nin məlumatına görə, Hollandiyadakı TTF qovşağında sentyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2539 dollara (MVt/saat üçün 245 avro) düşüb. Ötən gün Avropada qazın qiyməti dərhal 17% ucuzlaşdı və UGS obyektləri 80% qazla dolduruldu.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə Avropaya qaz nəqlinin üç gün müddətinə dayandırıldığını elan edən kimi, qiymətlər dərhal 7% artaraq, min kubmetr üçün 2800 dollara yüksəldi. Və bu artım hər gün yüksəlməkdə davam etməkdə idi. Avqustun 26-da isə Avropada qaz fyuçerslərinin qiymətləri mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 3500 dolları ötmüşdü.
Lakin avqustun 29-da "mavi yanacağ"ın qiyməti yenidən, həm də nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Gözlənildiyinin əksinə olaraq...
Y.MƏMMƏDLİ