Azərbaycana cari ilin yanvar-iyul aylarında 429,8 min ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, idxal edilən buğdanın dəyəri 154,6 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 103,7 milyon dollar olmaqla 408,8 min ton buğda idxal edilib.

***

Qeyd edək ki, iyulda ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat (təqribən 410 dollar- red) olub.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bir ton buğdanın idxal qiyməti 2021-ci ilin  yanvarında 254 dollar (431 manat 68 qəpik- red) ikən, 2022-ci ilin yanvarında 347 dollar (589 manat 73 qəpik-red) təşkil edib.

Beləliklə, taxılın idxal qiyməti 2021-ci ilin yanvarından 2022-ci ilin iyulunadək  təqribən 156 dollar, yəni 266 manat civarında bahalaşıb. Cari ilin yanvar ayından isə təqribən 108 manat ( 63 dollar civarında) bahalaşıb.

Xatırladaq ki, son statistik məlumatlara görə, ölkə ərazisində ümumilikdə 1 milyon 900 min hektar taxıl əkilib və bunun 677 mindən bir qədər artığında buğda əkilib.

Kəskin quraqlıq səbəbindən isə təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub.

Bir müddət əvvəl Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də bildirib ki, Azərbaycan özünü yerli məhsulla təmin edə bilmir, 1 milyon 200 min tondan çox ərzaq buğdasını xaricdən, xüsusilə Ukraynadan, Rusiyadan idxal edirik.

Belə görünür ki, ölkəyə yeddi ayda 429,8 min ton buğda idxal edilibsə, bu rəqəm ilin sonunadək 1 milyon tonu keçməz.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN