Azərbaycanda turizmin dünya səviyyəsi ilə ayaqlaşa bilməməsinin yəqinki bir səbəbi var: ətalətdən, müştərilərin qulağını dibindən kəsmək şakərindən əl çəkə bilməmək!

Belə olanda isə bir dəfə gələn turist bir daha gəlmir! Üz çevirir qiymət siyasətində optimal yol tutan Gürcüstana... Bu günlərdə xidməti iş ilə bağlı Şamaxı, İsmayıllı və Qəbələ ərazilərində olduq. Qarşılaşdığımız nədir: yeməklərin menyusunun azçeşidli olması, qiymətlərin bahalığı! Məsələn, Qəbələnin Buzdağ Turizm Kompleksində olanda Pakistandan, Ərəbistandan, İndoneziya və Türkiyədən olan əcnəbi turistlərlə söhbətimiz oldu. Təyyarə biletinin bahalığı ailəvi turizmi əngəlləyənə problem kimi söylənildi. Bir də iaşə qiymətlərinin bahalığı.

Bəli, biz də Şamaxı-İsmayıllı-Qəbələ marşrutu boyu bunu hiss etdik. Sabiq deputat və keçmiş icra başçısı Musak Musayev də bu məsələdə narazıdır. Onun sosial şəbəkələrdəki statusu maraq doğurur: «Azərbaycanda qiymətlər " Kəllə - Çarxa " çıxıb! İstər restoranlarda, istərsə istirahət mərkəzlərində, hotellərdə, hostellərdə, istərsə də marketlərdə və bazarlarda! Rayonlardakı qiymətlər Bakıdakı qiymətlərdən də bahadır. Çay dəstgahı 70 manat, 5 manatlıq toyuğun tabakası 16 manat, bir «pors»  pendir 15 manat (pendirin kilosu 7 manatdir) və sairə... Sonra da gileylənirik ki, Azərbaycana turistlər az gəlir. Mütləq "Qiymətlərə nəzarət" qurumu və yaxud bir Agentlik yaradılmalıdır! Azərbaycan vətəndaşının istehlak səbətinə uyğun qiymətlər olmalıdır. Atalarımızın gözəl misalı var: «Ölünü özbaşına buraxmaq olmaz!", "Məscidin qapısı açıq olanda, itdə də bir abır - həya olmalıdır!" Milli Məclisin deputatları həyəcan təbilini döyməlidilər!!!».

İndi baxın, keçmiş deputat, sabiq icra başçısı qiymətlərin bahalığından şikayətçidirsə, görün onda sadə vətəndaşlar nə haldadır…

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN