Bu ilin payız əkini mövsümündə Bakı və Abşeron yarımadasında “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən
120 hektar sahədə 60 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.
Cəmiyyətin sədr müavini Söhrab Abbasov TEZADLAR.AZ-a bildirib ki, 2022-ci ilin yaz ağac əkini mövsümündə isə Bakı və Abşeron yarımadasında 64 hektar sahədə 28 mindən artıq ağac əkilib. Əkilən ağac tingləri “Azəryaşlandşaft” ASC-nin tinglik sahəsində yetişdirilib.
S.Abbasov ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri payız əkini mövsümündə bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.