Ölkədə kartofun becərildiyi əsas bölgələrdə bir kiloqramının satış qiyməti 5-9 qrivna (Azərbaycan manatı ilə 23 - 41 qəpik) arasında dəyişir.
Ukrayna bazarında təklifin artması səbəbindən kartof ucuzlaşır.
Bu barədə EastFruit analitik platformasının ekspertləri məlumat verib.
Qeyd olunur ki, bu gün istehsalın əsas bölgələrində kartofun qiyməti 5-9 qrivna arasında dəyişir ki, bu da ötən həftənin sonuna nisbətən orta hesabla 13% ucuzdur.
Ekspertlər hesab edirlər ki, bu vəziyyətin səbəbi bazarda məhsulun mövsümi artımı, kartofa tələbatın isə kifayət qədər yüksək olmaması ilə əlaqədardır. Eyni zamanda, satışa çıxarılan məhsulların əksəriyyətini keyfiyyətsiz kartof təşkil edir ki, bu da bu seqmentdə qiymətlərin formalaşmasına mənfi təsir göstərir.
Analitiklərin fikrincə, ucuzlaşma tendensiyasına baxmayaraq, Ukraynada kartof ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 46% bahadır. Lakin təsərrüfatlarda yığım işləri davam etdiyindən, bu seqmentdə qiymətlərin aşağı düşmə tendensiyası davam edəcəyi də istisna edilmir.
***
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 78 min 156 ton kartof ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən kartofun dəyəri 35 milyon 59 min dollar olub. Kartofun 1 tonunun qiyməti isə 450 dollar və ya 1 kiloqramı 45 sent (76,5 qəpik) təşkil edib.
JASMİN