İsrail 2021-ci ildə Avropa İttifaqının Rusiyadan aldığı qazın təxminən 10%-ni əvəz edə bilir.
Deutsche Welle xəbər verir ki, bunu İsrailin baş naziri Yair Lapid deyib.
Azərbaycan da Avropa İttifaqına qaz tədarükünü artırdığını açıqlayıb.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, 2022-ci ildə ölkəsindən Avropaya qaz nəqlinin ümumi həcmi 12 milyard kubmetr olmalıdır ki, bu da keçmişlə müqayisədə 30% çoxdur.
Azərbaycan, Gürcüstan, Türkiyə və Yunanıstandan keçən qaz dəhlizinin genişləndirilməsi də planlaşdırılır. Kəmərin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetrə qədər artırıla bilər.
Aİ-yə qaz tədarükü:
2022-ci ilin iyununda Avropa İttifaqı İsrail və Misirlə Avropaya mayeləşdirilmiş təbii qazın tədarükü haqqında saziş imzalayıb. Qaz İsrail yataqlarından çıxarılacaq, Misir zavodlarında emal ediləcək və mayeləşdirilmiş formada tankerlərlə Avropaya çatdırılacaq. Avropa İttifaqı öz növbəsində İsrail və Misirə qaz hasilatını artırmağa və ərazi sularında yeni qaz yataqlarının kəşfiyyatına kömək edəcək.
İyulda Avropa İttifaqı Bakı ilə yaxın illərdə Azərbaycan qazının idxalını iki dəfə artırmaq barədə razılığa gəlib.
2022-ci ilin 8 ayının yekunlarına əsasən, Azərbaycanın Energetika Nazirliyi qaz və neft ixracının artdığını açıqlayıb. Bu ilin 8 ayı ərzində qaz ixracı 23% artıb. Avropaya 7,3 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə - 5,4 milyard kubmetr. Gürcüstana - 1,7 milyard kubmetr. Hasil edilən 21,8 milyon ton neftin 17,6-sı ixrac edilib.
Qaz vəziyyəti:
2022-ci il avqustun 31-də “Qazprom” “Şimal axını” vasitəsilə Avropaya qaz nəqlini dayandırıb.
Şirkətdən bildirilib ki, boru kəməri kompressorunun hissələrində sürtkü sızması aşkar edilib və onlar aradan qaldırılana qədər avadanlıqlar dayandırılmalıdır.
Lakin Nord Stream turbinlərinə normal qulluq edən Siemens Energy şirkətinin fikrincə, belə nasazlıq kəmərin işini dayandırmamalıdır.
"Belə sızmalar adətən turbinin işinə təsir göstərmir və yerində düzəldilə bilər. Bu, təmir işlərinin bir hissəsi kimi normal prosedurdur", - Siemens Energy bildirib.
Sentyabrın 2-də axşam Rusiyanın qaz şirkəti “Qazprom” “Şimal axını” kəməri ilə qaz nəqlini qeyri-müəyyən müddətə tamamilə dayandırdığını elan edib. Ağ Ev və Avropa Komissiyası Rusiya Federasiyasının qərarına reaksiya verib.
Almaniyanın ən böyük qaz idxalçısı Rusiya Federasiyasından enerji alışını dayandırdığını elan edib. KİV-in məlumatına görə, Aİ Rusiya qazının qiymətini məhdudlaşdırmağa razılaşıb.
Bu arada Rusiya Federasiyası birbaşa şantaja əl atıb. O, sanksiyaların ləğvindən sonra “Şimal axını” ilə qaz nəqlini bərpa edəcəyinə söz verib.
10 sentyabr 2022-ci ildə Almaniya kansleri Olaf Şolz Almaniyanın Rusiyadan qaz nəqlini əhəmiyyətli dərəcədə azaltmağa hazır olduğunu açıqladı.
E.ŞİRİNOV