8 ay ərzində bir nəfərə düşən ÜDM 8440,1 manata çatıb.

Ölkəmizdə cari ilin yanvar-avqust aylarında 84 milyard 880,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çoxdur.
Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2 faiz azalıb, qeyri- neft-qaz sektorunda isə 10,3 faiz artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olub.

Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında, yəni 10 ay ərzində ölkədə 71589,0 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdu.

Həmin dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri neft-qaz sektorunda isə 5,9 faiz artmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 7148,0 manata bərabər olmuşdur.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN