“VTB Bank”ın rəhbəri Andrey Kostin  “Rusiya Bankları – XXI əsrdə”  XIX Beynəlxalq Bank Forumu zamanı Rusiya, eləcə də dost ölkələri beynəlxalq SWIFT  sistemindən istifadədən imtina etməyə və dollardan asılı olmayan vahid hesablaşma sistemi yaratmağa çağırıb.

"Bizə SWIFT-dən kənar hesablaşma sisteminə də ehtiyac var. Biz hələ də SWIFT (Society for Worldwide Interbank Financial) sistemindən, hətta AAİŞ (Avrasiya İqtisadi Şurası) daxilində də rublla hesablaşmalar üçün istifadə edirik. Bizə bundan uzaqlaşmaq lazımdır, bizdə maliyyə mesajlaşma sistemi var. Bir çox ölkələrdə oxşar sistemlər var - Çində, Qazaxıstanda və digərlərində”, - deyə bankir bildirib.

O, mövcud alətlərdən istifadə etməyə,  milli valyutalara əsaslanan və bir neçə məlumat ötürmə sistemində fəaliyyət göstərən hesablaşma sistemini inkişaf etdirməyə çağırıb.

Xatırladaq ki, Rusiyanın sanksiyalara məruz qalan “VTB Bank”ı bir neçə ay öncə Gürcüstan bazarını tərk etməyə qərar verib.

Həmin qərarla bağlı Andrey Kostin bildirmişdi ki, bank yalnız Gürcüstanı tərk etmək barədə qərar verib: “VTB Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda qalmaqda davam edir. Bizim mövqeyimiz prinsipialdır, biz hər yerdə qalırıq. Bu ölkələrdə biznesimizin inkişafı üçün perspektivlər görürük. Biz yalnız Gürcüstandan gedirik, bu ölkədə vəziyyət bir qədər başqadır”,-  deyib.

Onu da qeyd edək ki, hal-hazırda anti-Rusiya sanksiyaları çərçivəsində Sberbank, VTB, Promsvyazbank, Rosselxozbank, Moskva Kredit Bankı, “Rossiya” və “Otkritie” bankları, Novikombank, Sovcombank və VEB dövlət korporasiyası SWIFT-dən ayrılıb.

 

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA