“Bir çox ölkələr daxili inflyasiyanı aşağı salmağa çalışırlar, amma Monqolustan və Azərbaycan kimi xaricdən çoxlu mal idxal edən ölkələr üçün bu, asan deyil, bizdə inflyasiya ölkəyə xaricdən idxal olunur”.

Bu fikirləri bu günlərdə Bakıda keçirilmiş Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) və Azərbaycanın İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı ilə CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumunun iştirakçısı, Monqolustanın İqtisadi Tədqiqatlar İnstitutunun (ERI) direktoru Tuvşintaqs Batdelger bildirib.

T.Batdalger qeyd edib ki, Monqolustan Azərbaycandan uzaqda Rusiya və Çin arasında yerləşən, dənizə çıxışı olmayan ölkə olduğu üçün rezervasiyalardan çox uzaqdır və buna görə də iqtisadi əməkdaşlıq baxımından imkanları çox məhduddur.

Onun sözlərinə görə, Azərbaycanla Monqolustan arasında nəqliyyat çox baha olduğundan, iqtisadi korporasiya qurmaq çətindir.

Batdalger hər iki ölkənin iqtisadiyyatında mədənçilyin xüsusi yer tutduğunu vurğulayıb:

“Monqolustandan mis və kömür ixrac edirik, Azərbaycanın iqtisadiyyatında neft və neft məhsulları üstünlük təşkil edir. Bu baxımdan, bir-birimizdən öyrənə biləcəyimiz çoxlu təcrübələr var.

Azərbaycan təbii sərvətlərdən əldə etdiyi gəlirləri çox yaxşı idarə edir. Monqolustan Azərbaycanın təcrübəsindən öyrənməlidir. Düşünürəm ki, bu sahədə ən ümumi və ən praktik təcrübələrin yaxın gələcəkdə reallaşdırılması mümkündür”, - deyib.

O, bütün dünyada baş verən inflyasiyaya diqqət çəkərək bildirib ki, bir çox ölkələr daxili inflyasiyanı aşağı salmağa çalışırlar, amma Monqolustan və Azərbaycan kimi xaricdən çoxlu mal idxal edən ölkələr üçün bu, asan deyil, bizdə inflyasiya ölkəyə xaricdən idxal olunur.

Batalgerin fikrincə, hələ yaxın gələcəkdə də ölkələr inflyasiya ilə mübarizə aparacaqlar: “Bu, ölkə daxilində gedən iqtisadi proseslərlə deyil, idxal qiymətləri ilə bağlı olacaq”, - deyə qeyd edib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN