AİBNDX monitorinq və təhlillər aparıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80%-ni təşkil edən əsas 9 təsərrüfat subyeki olan – "Veysəloğlu" MMC, "Tamashaee Foods" MMC, "QİDA XXI" MMC, "Best-Tarım" MMC, "Babək" firması – (Babek), "Xudafərin-1" MMC, "Elsaan Group MMC", "AL market" MMC və "Azərsun Holding" Şirkətlər Qrupuna daxil olan "Sun Food" MMC barəsində araşdırma başlanılıb.

Və beləliklə, düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən, iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.

***

Qeyd edək ki, 2018-ci ilin fevral ayında Azərbaycanda 2018-2025-ci illərdə düyü istehsalının inkişafı üzrə Dövlət Proqramı qəbul edilib.

Ona əsasən, 2025-ci ilə qədər yerli istehsal düyü istehlakına olan tələbatı təxminən 90%-dən çoxunu ödəməlidir.

Sənəddə əkin sahələrini 10 min hektara qədər genişləndirmək və məhsuldarlığı 1 hektardan 40 sentnerə qaldırmaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur. 2019-cu ildə məhsuldarlıq (30,1 s / ha) yalnız 0,1 s / ha artıb.

2022-ci ildə Azərbaycana düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Belə ki, cari ilin yanvar-avqust aylarında ölkəyə 40,7 min ton düyü idxal edilib.

Gömrük Komitəsinin məlumatına görə, idxal edilən düyünün dəyəri 34,8 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə isə 34 min ton düyü idxal edilib. Hansı ki, dəyəri 24,8 milyon dollar təşkil edib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN