Xəbər verdiyimiz kimi, Millət vəkili Rüfət Quliyev bu yaxınlarda Milli Məclisdə çıxış edərək ölkənin iri ticarət şəbəkələrindəki qiymət fırıldaqçılığından danışıb...
Dünən o, "TEZADLAR TV"nin canlı efirində bir daha bu məsələyə toxunaraq bildirdi ki, onun Milli Məclisdəki çıxıçından sonra məsələyə ən yüksək səviyyədə müdaxilə edilib, artıq yoxlamalara başlanılıb: "Söhbət ondan gedir ki, mənə dəfələrlə müraciətlər edilmişdi, özüm şəxsən araşdırdım, məlum oldu ki, bəzi iri ticarət şəbəkələrində piştaxtadakı malların üzərinə bir qiymət yazılır... Sonradan alıcı kassada həmin malların baha qiyməti ilə rastlaşır. Bu, açıq dələduzluqdur...".
Millət vəkili alıcıları belə məsələlərdə ayıq olmağa çağırdı: "İctimai qınaq var və bu olduqca vacibdir... Belə hallarla rastlaşanda bunu qeydə alıb ictimailəşdirsinlər, aidiyyəti üzrə şikayət etsinlər...".
A.Məmmədli