Ukraynaya hərbi müdaxilədən sonra Aİ ölkələrinin, qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, həmçinin Rusiyanın da bu sanksiyalara adekvat qarşılıq verməsindən sonra dünya iqtisadiyyatının düzəni dəyişib.

Və bu, iqtisadiyyatın bütün sahələrinə təsirsiz ötüşmədi: ərzaq məhsullarının çatışmazlığı daxil olmaqla neft və qazın qiymətlərinədək...

***

Qazaxıstanın  dövlət başçısı Qasım-Jomart Tokayev Jetısu vilayətinin ictimaiyyəti ilə görüşündə qeyd edib ki, dünyadakı sanksiya qarşıdurması bununla bağlı yeni unikal imkanlar açır.

O, bildirib ki, Qazaxıstan üçün kənd təsərrüfatı məhsullarının ixracının xammal yönümlülüyündən uzaqlaşması, emalın ardıcıl şəkildə inkişaf etdirilməsi son dərəcə vacibdir.

“Dünyada sanksiya qarşıdurması bu baxımdan yeni unikal imkanlar açır. Vilayətdə aqrar sahənin inkişaf tempini sürətləndirmək üçün iri sərmayədarların cəlb edilməsi istiqamətində işləri gücləndirmək lazımdır. Taldıkorqanda yerləşən və bütün lazımi infrastruktura malik sənaye zonası xarici şirkətlərin köçürülməsi üçün platformaya çevrilə bilər”, - deyə Tokayev vurğulayıb.

 Qazaxıstan Prezidentinin sözlərinə görə, əsas diqqət hazır qida məhsullarının istehsalı və təşviqinə yönəldilməlidir.

Tokayev çıxışı zamanı vilayətin tranzit imkanlarından istifadə edərək qonşu ölkələrdən kənd təsərrüfatı xammalının sonradan təkrar ixracı üçün emalı üzrə birgə müəssisələrin yaradılmasının məqsədəuyğun olduğuna da diqqət çəkib.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN