Ötən ay məlum oldu ki, 2023-cü il üçün Rusiya büdcəsinin kəsiri 3 trilyon rubl və ya ÜDM-nin 2%-ni təşkil edəcək.
Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin açıqlama vermişdi.
“Gələn ilin büdcə gəlirlərini təxminən 26 trilyon rubl səviyyəsində qiymətləndiririk. Artıq dövlət başçısının tapşırığına uyğun olaraq işlənib hazırlanmış əlavə gəlirlə bağlı təkliflər nəzərə alınıb”, - deyə hökumətin mətbuat xidmətindən bildirilirdi.
Mişustinin sözlərinə görə, büdcə xərcləri təxminən 29 trilyon rubl təşkil edəcək. O, bildirirdi ki, kəsirin “borc hesabına” bağlanması planlaşdırılır.
“...Maliyyə Nazirliyi federal kredit istiqrazlarının doqquz illik emissiyasını yerləşdirdi. Son tələb təklifi demək olar ki, 2,5 dəfə üstələyib ki, bu da bizə daha da irəliləməyə imkan verir”, - baş nazir bildirmişdi.
Mişustin vurğulamışdı ki, 2024-cü ildə büdcə kəsiri ÜDM-in 1,4 faizini, 2025-ci ildə isə 0,7 faizini təşkil edəcək.
Və artıq Rusiya hökuməti 3 trilyon rublluq federal büdcə kəsirinin ödənilməsi üçün vəsait tapıb.
Bu gün Rusiyanın baş naziri Mixail Mişustinin sərəncamı ilə Milli Rifah Fondundan bir trilyon rubl göndərilməsi barədə göstəriş verilib.
Və Mixail Mişustinin bu barədə sərəncamı da dərc olunub.
Rusiya göründüyü kimi, büdcə kəsirini Fondun hesabına bağlayası olub.
P.S. Heç kəsə sirr deyil ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkənin hərbi-müdafiə xərcləri daha da artıb.
Y.MƏMMƏDLİ