Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bu gün səhər saatlarında dar tərkibdə danışıqlar aparıblar.
Onlar qardaş xalqlar arasında çoxəsrlik dostluq bağlarına və mehriban qonşuluq münasibətlərinə əsaslanan ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Mirziyoyev və Berdiməhəmmədov arasında danışıqların əsas mövzuları siyasi, ticarət-iqtisadi, enerji, nəqliyyat - logistika, su, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri olub.
Qeyd edilib ki, son illər iki ölkə arasında əməkdaşlığın bütün sahələrində irəliləyiş əldə olunub.
Beləki, Özbəkistan və Türkmənistan danışıqlar zamanı əldə olunmuş razılaşmaları ən yüksək səviyyədə uğurla həyata keçirir, hökumətlər, nazirlik və idarələr, vilayətlər arasında müntəzəm əlaqələr və səmərəli mübadilələr aparır.
Liderlər Aşqabadda keçirilən görüşün çoxşaxəli Özbəkistan-Türkmənistan strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yeni güclü təkan verəcəyinə əminliklərini ifadə ediblər.
Tərəflər, həmçinin beynəlxalq və regional gündəm, o cümlədən Mərkəzi Asiyada əməkdaşlığın dərinləşdirilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparıblar.
JASMİN