“Hazırda qoyuluş gücü ümumilikdə 220 MVt-dan çox olan SES və KSES-lərin tikintisi və bərpası davam etdirilir”.

Bunu Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov bildirib.

 Millət vəkili qeyd edib ki, bərpa olunan enerji mənbələri hesabına istehsal olunan ekoloji təmiz elektrik enerjisinin həcminin artırılması məqsədilə bu sahəyə özəl, eləcə də xarici investisiyalar cəlb edilir.

“Hazırda təməli qoyulmuş 230 MVt gücündə günəş və 240 MVt gücündə külək elektrik stansiyaları tamamilə özəl investisiya hesabına reallaşdırılır. İki stansiyadan birlikdə illik 1,5 milyard kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bu isə hazırkı istehsal həcminin 2 dəfə artırılması deməkdir”, - deyə bildirib.

Həmçinin Sadiq Qurbanov 240 MVt gücündə daha bir günəş elektrik stansiyasının özəl investisiya cəlb edilməklə Cəbrayıl rayonunda quraşdırılacağının da açıqlayıb.

“Bundan əlavə, quruda ümumi qoyuluş gücü 2 QVt olan külək-günəş enerjisi layihələri və dənizdə qoyuluş gücü 2 QVt olan külək və hidrogen enerjisi layihələri üzrə icra müqavilələri imzalanıb. Hazırda qoyuluş gücü ümumilikdə 220 MVt-dan çox olan SES və KSES-lərin tikintisi və bərpası davam etdirilir”, - Qurbanov vurğulayıb.

Millət vəkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən, növbəti 8 il ərzində ölkənin elektroenergetika üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasının da  planlaşdırılacağının da xatırladıb.

Onun sözlərinə görə, bu, ən az 1500 MVt gücündə yeni “yaşıl enerji” stansiyalarının inşası deməkdir və bugünkü generasiya həcmləri ilə müqayisə edilərsə, bu, ölkənin ümumi elektrik enerjisi istehsalının 20%-nin bərpa olunan mənbələr hesabına təmin ediləcəyi deməkdir.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, ötən il istehsal olunan enerjinin 1,2 faizi bərpa olunan enerji mənbələrindən əldə olunub. Belə ki, bərpa olunan enerji mənbələri hesabına 339,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Onun da 91,5 milyon kilovat/saatı külək, 55,2 milyon kilovat/saatı günəş, qalan 193,2 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN