Yalnız Qazaxıstan iqtisadiyyatına 300 min dollar sərmayə qoyan əcnəbilər yaşayış icazəsi ala bilərlər.

Bu barədə baş nazirin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib.

"Hazırkı mərhələdə Qazaxıstan iqtisadiyyatına 300 min dollardan çox sərmayə qoyan xarici sahibkarlara 10 il müddətinə viza almaq imkanı verən qanun layihəsinin hazırlanması üzərində iş gedir", - deyə Jumanqarin bildirib.

Jumanqarinin fikrincə, ilk növbədə, mövcud müəssisələrin əsas kapitalına investisiyalar, yüksək əlavə dəyərli məhsulların sənaye istehsalının yaradılması, yeni texnologiyalar və xidmətlər, yəni Qazaxıstan iqtisadiyyatı üçün multiplikator effekti verən sərmayələr nəzərə alınmalıdır (vergi daxilolmaları şəklində büdcəyə əlavə maliyyə gəlirləri, yeni iş yerlərinin yaradılması və s.).

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN