Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 28-də bildirib ki, Rusiya 2022-ci ilin sonuna qədər buğda da daxil olmaqla, təxminən 30 milyon ton taxıl ixrac etməyə hazırdır. Məhsulu nəzərə alsaq, bu rəqəmi 50 milyon tona çatdırmaq olar.

Rusiya tərəfi artıq Asiya və Afrika ölkələrinə 10,5 milyon tona yaxın taxıl göndərib. Əsas hissəsi buğda idi.

"Təzad, necə deyərlər, göz qabağındadır - Ukrayna yükləri humanitar dəhlizlə Avropaya və inkişaf etmiş ölkələrə getdiyi halda, Rusiya məhsulu Afrika və Asiyada ehtiyacı olanlara göndərilir", - Rusiya diplomatik departamenti vurğulayıb.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya Ukraynadan fərqli olaraq dünyanın aparıcı gübrə ixracatçılarından biridir, onlar olmasa nəinki ərzaq istehlakçıları, həm də istehsalçıları risk altında olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN