Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının doqquzuncu ayında Fransa Aİ-dəki həmkarları ilə birlikdə Ukrayna taxılının ixracı üçün quru marşrutu üzərində işləyir.

Bu barədə France24 məlumat yayıb.

Fransanın kənd təsərrüfatı naziri Mark Fenonun sözlərinə görə, quru dəhlizi Rumıniya və Polşadan keçə bilər.

"Aİ daxilində mən Aİ-dəki həmkarlarımla, xüsusən də alman həmkarımla tez-tez əlaqə saxlayıram, biz bu marşrutun artıq Qara dənizdən keçə bilməyəcəyini, sonra qurudan keçə biləcəyini öyrənməyə çalışırıq... xüsusən, Rumıniya və Polşadan keçən quru yollarını öyrənirik", - deyə o bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN