Azərbaycan üçün 2022-ci ildə neftin “zərərsiz” fiskal qiyməti (fiscal breakeven oil price) bir barel üçün 46,7 dollar, 2023-cü ildə isə 35,7 dollar təşkil edəcək.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə oktyabr ayına dair regional icmalında deyilir.

Qeyd edək ki, 2021-ci ildə bu rəqəm bir barel üçün 58,1 dollar olub.

BVF-nin hesablamalarına görə, 2022-2023-cü illərdə Azərbaycanda gündəlik neft hasilatı 0,69 milyon barel olacaq ki, bu da 2021-ci ilin göstəricisi ilə eynidir.

2022-ci ildə ölkədə qaz hasilatı gündəlik 0,81 milyon barel neft ekvivalenti (2021-ci ildə neft ekvivalenti gündəlik 0,79 milyon barel olub), 2023-cü ildə isə gündəlik 0,86 milyon barel təşkil edəcək.

BVF 2022-2023-cü illərdə Azərbaycandan neft ixracının ildə 0,56 milyon barel, qaz ixracının 2022-ci ildə gündəlik 0,45 milyon barel neft ekvivalenti, 2023-cü ildə gündəlik 0,49 milyon barel neft ekvivalenti təşkil edəcəyini proqnozlaşdırır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN