“İrəvan, həmçinin İran ərazisindən keçən logistik marşrutların erməni daşıyıcıları üçün əlçatan olmasını təmin etmək üçün çalışır”.
Ermənistan və İran üçüncü ölkələrə birgə mal satmaq niyyətindədir.
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bəyanatla çıxış edib.
Onun sözlərinə görə, Ermənistanın nəqliyyat-kommunikasiya əlaqələri İran mallarını müəyyən emaldan keçdikdən sonra Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin və digər ölkələrin bazarlarına yol verə bilər.
Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Kerobyan əlavə edib ki, İrəvan, həmçinin İran İslam Respublikası ərazisindən keçən logistik marşrutların erməni daşıyıcıları üçün əlçatan olmasını təmin etmək üçün çalışır.
Qeyd edək ki, İran və Ermənistan arasında hərtərəfli əməkdaşlıq əlaqələri günbəgün möhkəmlənməkdədir... Və hər iki ölkə qardaşlığını nümayiş etdirirlər...
Millət vəkili Vüqar Bayramov da bu əlaqələrdən bəhs edərkən vurğulayıb ki, İranın Ermənistana qaz ixracı 2 dəfə artacaq.
“ Hazırda Ermənistanın illik 2.6 milyard kub metr qaz idxalının 15.0 faizi İranın payına düşür. İran Ermənistana gündəlik bir milyon kubmetrdən çox qaz ixrac edir.
Bu ilin 8 ayında ticarət dövriyyəsini 43.0 faizi artıran Iran Ermənistanla 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir. Ermənistanı hər mənada qayğısına qalan ölkə islamı siyasət səviyyəsinə gətirən İrandır”, -deyə millət vəkili diqqətə çatdırıb.
JASMİN