“Məlum oldu ki, Azərbaycan həqiqətən də bu məlumatlardan çox yaxşı istifadə edir”.

Bunu  Dövlət Vergi Xidmətinin Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası (HMRC) ilə birgə Bakıdakı təlimlərində iştirak etmiş Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının ölkələrarası hesabatlılıq üzrə mütəxəssisi Saymon Kimber bildirib.

Mütəxəssis Bakıda keçirilən təlimlərdən danışarkən vurğulayıb ki, təlimlərin ilk həftəsində əsasən məlumat mübadiləsi, avtomatlaşdırılmış məlumat və ölkə hesabatları üzrə müzakirələr aparıblar.

“Hesabatlar təqdim olunarkən beynəlxalq standartlara əsaslanmaqla yanaşı, həmçinin, müvafiq məlumatlardan ən yaxşı şəkildə istifadə etmək çox vacibdir. Beləliklə, bu həftə İngiltərənin məlumatlardan necə istifadə etdiyini paylaşdıq”, -deyə bildirib.

O, məqsədlərinin həmin məlumatların Azərbaycanın Dövlət Vergi Xidmətində necə istifadə olunduğunu anlamağa çalışmaq olduğunu açıqlayıb:

“Məlum oldu ki, Azərbaycan həqiqətən də bu məlumatlardan çox yaxşı istifadə edir. Böyük Britaniyanın bu istiqamətdə necə işlədiyini azərbaycanlı həmkarlarımızla müzakirə edərkən çox maraqlı diskussiyamız oldu.Hazırkı təlimlər Böyük Britaniyanın Azərbaycanda vergilərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən biridir”, - deyib.

Onun sözlərinə görə, beynəlxalq vergitutmada əksər ölkələr üçün əsas problem rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsidir.

“Beynəlxalq vergiyə gəldikdə, biz konkret mövzulara çox diqqət yetiririk. Lakin beynəlxalq vergitutmada əsas problemlər əksər ölkələri narahat edən rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsidir. Hesab edirəm ki, Azərbaycanın inklüziv struktura qoşulması bu sahədə beynəlxalq standartlara uyğunlaşmaqla yanaşı, innovasiyaları tətbiq etməyə sövq edəcək”, - mütəxəssis vurğulayıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN