Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur.
Bunu AMEA-nın Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə bildirib.
O, vurğulayıb ki, İran tərəfi bi layihəni ilk gündən öz maraqlarına qaşı ciddi təhlükə kimi qarşılayıb.
Qeyd edib ki, İran Zəngəzur dəhlizinin açılmasını düyünə salmaq üçün ona öz ərazisindən paralel olan dəhlizin yaradılmasında israrlıdır.
“Azərbaycan İran layihəsini alternativ variant kimi qəbul etsə də, İran rəsmiləri Ermənistandan keçən birbaşa dəhlizi “qırmızı xətt” elan ediblər”, -deyə S.Bayramzadə bildirib.
Bayramzadə əlavə edib ki, Zəngəzur dəhlizinin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün də olduqca mühüm əhəmiyyət kəsb edir, lakin buna baxmayaraq, ötən müddət ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı.
“Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Təəssüf ki, İran da bu mövqedədir”, - deyə diqqətə çatdırıb.
Qeyd edək ki, Zəngəzur dəhlizinin strateji nöqteyi-nəzərdən tək Bakı deyil, regionun bütün ölkələri üçün əhəmiyyət daşıyır.
JASMİN