Deyəsən, Rusiyanın Ukraynada apardığı müharibə Gürcüstan iqtisadiyyatına xeyir verməkdədir...

Daha doğrusu, 2022-ci ilin sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın beynəlxalq səyahətlərdən əldə etdiyi gəlir 132,1% artıb. Tezadlar.az Gürcüstan Dövlət Statistika Departamentinə istinadla bildirir ki, bu barədə Gürcüstanın Milli Bankı da məlumat yayıb. Dərc olunan statistikaya əsasən, bu ilin sentyabr ayında xarici səyahətçilərdən əldə olunan gəlir 375,6 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 161,9 milyon dollar təşkil edib. Ölkələr üzrə xərclərə gəlincə, Milli Bankın məlumatına görə, ölkə ən çox gəliri Rusiya vətəndaşlarından əldə edib: ●► Rusiya 95,5 milyon dollar; ●► Türkiyə 35,8 milyon dollar; ●► Ukrayna 31,5 milyon dollar; ●► Aİ-yə üzv ölkələr - 44,7 milyon dollar; ●► İsrail - 31,5 milyon dollar; ●► Belarus - 21,7 milyon dollar; ●► Ermənistan - 15,9 milyon dollar; ●► İran - 15,2 milyon dollar; ●► Səudiyyə Ərəbistanı - 11,7 milyon dollar; ●► Azərbaycan - 10,3 milyon dollar. Bu ilin təkcə avqust ayının statistikasına gəlincə, Gürcüstan beynəlxalq səyahətlərdən 522,9 milyon dollar gəlir əldə edib.

Statistik rəqəmlərdən belə məlum olur ki, sosial ehtiyaclar işində boğulan Ermənistan Gürcüstanda iqtisadiyyatı güclü ölkələrdən daha çox vəsait xərcləyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN