2022-ci il noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6 faiz artaraq 705.061 olub.
Yanvar-oktyabr ayları ərzində aktiv ƏDV ödəyicilərinin sayı 11,7 faiz artıb və 38.739 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 3,1 faiz artaraq 188.961-ə çatıb.