Dünya iqtisadiyyatında gərginlik və risklər daha da artmaqdadır. Bunun əsas səbəbi Rusiya ilə Ukrayna arasındakı münaqişənin daha da şiddətlənməsidir.
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 16-da Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Dünyada inflyasiyanın artdığını söyləyən Mikayıl Cabbarov bildirib ki, buna, eyni zamanda, beynəlxalq ərzaq bazarında olan artımlar təsir edir. Dünya ərzaq qiymətləri indeksi cari ilin oktyabrında 0,1 faiz azalıb. İdxal olunan inflyasiya bizdə də artıb. Cari ilin 10 ayında əhalinin real gəlirləri inflyasiyanı üstələyib.
AzərTac