Dünyanın ən böyük banklarının Nyu-York Federal Ehtiyatlar Bankı (FED) ilə birlikdə 12 həftəlik rəqəmsal dollar pilot layihəsinə başladığı elan edilib.

Məlumatda deyilir ki, “Citigroup Inc”, “HSBC Holdings Plc”, “Mastercard Inc” və “Wells Fargo & Co” bankları Nyu York FED İnnovasiya Mərkəzi ilə birlikdə pilot layihədə iştirak edən maliyyə şirkətləri arasındadır.

Nyu York FED-in məlumatına görə, “Tənzimlənən məsuliyyət şəbəkəsi” (RLN) adlanan layihə simulyasiya edilmiş məlumatlardan istifadə etməklə sınaq mühitində həyata keçiriləcək. Pilot layihənin məqsədi ümumi məlumat bazasında rəqəmsal dollar tokenlərindən istifadə edən bankların ödənişləri sürətləndirməyə necə kömək edə biləcəyini yoxlamaqdır. Bu ayın əvvəlində Nyu York FED-in bazarlar rəhbəri Mişel Nil valyuta bazarlarında hesablaşmaları sürətləndirmək üçün mərkəzi bankın rəqəmsal dollarından istifadə etmək vədi verdiyini bildirmişdi.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN