Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi tərəvəzin növləri üzrə məhsuldarlığın artdığını, həm respublikanın təmin ediləcəyini, həm də ixrac üçün imkanların olduğunu açıqlayıb.

"Bu il tərəvəz - kartof istehsalını 4,2 milyon tondan 4,7 milyon tonadək çatdırdıq. Tərəvəz qrupunun bütün növləri üzrə məhsuldarlıqda artım var. Keyfiyyət çox yaxşıdır", - deyə kənd təsərrüfatı naziri Yerbol Karaşukeyev bildirib.

O bildirib ki, hazırda tərəvəz anbarlarına kənd təsərrüfatı məhsullarının yığılması işləri aparılır.

"Biz nəinki özümüzü, həm də qonşularımızı kartofla təmin edəcəyik. Özbəkistan, Rusiya bizim kartofumuzu idxal edir. Biz nəzarət edirik, tərəvəzlərimizin daxili bazara kifayət edəcəyinə də əminik”, - deyə nazir bildirib.

Qeyd edək ki, Azərbaycan həm kartof ixracatçsıdır, həm də idxalçısıdır.

Belə ki, 2021-ci ildə Azərbaycan 40 milyon 777 min dollar dəyərində  92 min 343 ton kartof  ixrac edib. Ötən il isə ölkəmizə 44 milyon 732 min dollar dəyərində  182 min 901 ton kartof idxal edilib.

Xatırladaq ki, ötən dövr ərzində ölkəmizə kartofun əsas tədarükçüsü İran olub. Ötən il ölkəyə idxal edilən kartofun  40 milyon 4 min dollar dəyərində - 164 min 544 tonu İrana məxsus olub.

Lakin 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan İrandan kartof idaxlını azaldıb - cəmi 36.13 min ton. Dəyəri isə  8.93 milyon ABŞ dolları təşkil edib. .. 

Artıq üstünlük Pakistan kartofuna verilib  - cari ilin 9 ayı ərzində Pakistan İslam Respublikasından 24.56 min ton həcmində, yaxud 7.37 milyon ABŞ dolları dəyərində kartof idxal edilib. Kartofun tonu isə 300 dollara idxal edilib.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN