Bu ilin əvvəlindən Rusiyanın Ulyanovsk vilayətindən ixrac edilən 41,4 min tondan çox taxıl və onun emalı məhsullarına nəzarət tədbirləri keçirilib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, çatdırılma 7 ölkədə həyata keçirilib.
“Ən çox tələb olunan məhsul ərzaqlıq buğda olub. Buğdanın böyük hissəsi Azərbaycana (24 178.67 ton), Qazaxıstana (8 327.86 ton) və Latviyaya (2 502.4 ton) göndərilib”, - məlumatda bildirilir.