Messencerlərdə və sosial şəbəkələrdə Qazaxıstan Respublikası Prezidentinin 2023-cü il 1 yanvar tarixli fərmanı ilə qadınlar üçün pensiya yaşının 58 yaşa endirilməsi,
o cümlədən Qazaxıstanda 13-cü pensiya ödənişinin tətbiqi ilə bağlı yayılan məlumatlar yalandır.
Bu barədə Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Əmək Nazirliyi xatırladıb ki, dövlət başçısının Qazaxıstan xalqına 2022-ci il 1 sentyabr tarixli Müraciətində elan etdiyi qərarına əsasən, 1 sentyabr 2022-ci il tarixli fərmanla 2023-cü il yanvarın 1-dən qadınlar üçün pensiya yaşının 61 yaşa qədər tədricən artırılması 5 il müddətinə dayandırılacaq.
“Pensiya ödənişlərinə gəlincə, bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı baza və həmrəylik pensiyalarının, o cümlədən vətəndaşlardan məcburi pensiya ayırmalarından tutulmalar hesabına formalaşan Vahid Yığım Pensiya Fondundan (VYPF) ödənişlər hesabına həyata keçirilir” – , deyə nazirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, 2022-ci il noyabrın 1-nə olan hesabat məlumatına görə, Qazaxıstanda pensiyaçıların sayı 2 milyon 268 min nəfər təşkil edir.
Ölkədə pensiya ödənişlərinin (baza və həmrəy pensiya) orta məbləği 1 noyabr 2022-ci il tarixinə olan statistik məlumata əsasən 108 993 tenge (VYPF-dan ödənişlər istisna olmaqla) təşkil edib ki, bu da 398.09 Azərbaycan manatı deməkdir.
Xatırladaq ki, Hesablama Palatasının 2022-ci ilin 01 yanvar tarixinə tərtib edilmiş statistik hesabatına əsasən, Azərbaycanda ölkə üzrə pensiyaçıların ümumi sayı 1200,5 min nəfər olub ki, bunun da 707,0 min nəfəri yaşa görə, 347,3 min nəfəri əlilliyə görə və 146,2 min nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərdir.
JASMİN