Üç günlük tənəzzüldən sonra Ukraynada elektrik enerjisi kəsiri yenidən artmağa başlayıb.

Bu barədə “Strana” nəşri “Ukrenerqo”nun məlumatlarına istinadən öz Telegram kanalında məlumat yayıb.

““Ukrenerqo”ya görə, Ukraynada elektrik enerjisi çatışmazlığı sürətlə artır. Bu gün 27 faiz, dünən isə 20 faiz olub”, - nəşr yazır.

Bu səbəbdən ölkənin bütün bölgələrində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilir. Eyni zamanda, noyabrın 27-dək çatışmazlıq faizi üç gün ardıcıl olaraq 30 faizdən davamlı olaraq azalıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, Ukrayna hakimiyyəti ölkənin infrastrukturunu bərpa etməyə çalışır, lakin şəhər əhalisi elektrik enerjisinin kəsilməsinin yaza qədər davam edə biləcəyinə hazır olmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN