Hamam pulu da yüksəldi...
Bu barədə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosu xəbər yayıb.
Ümumilikdə ərzaq məhsullarının qiymətləri də 24,1% artıb.
Qurum qeyd edib ki, noyabrda aylıq inflyasiya oktyabr ayı ilə müqayisədə 0,2 faiz bəndi azalaraq 1,4% təşkil edib. Ötən ayın oktyabr ayı ilə müqayisədə isə ərzaq məhsullarının qiymətləri 1,8%, qeyri-ərzaq mallarının qiymətləri 1,6%, pullu xidmətlərin qiymətləri 0,8% bahalaşıb.
Qeyd edilib ki, ərzaq məhsullarından xiyar 41,5 faiz, pomidor 26,1 faiz, yumurta 6,7 faiz, soğan 5,9 faiz, düyü 3,5 faiz, xama 3,4 faiz, təzə meyvə 3 faiz, duzlu siyənək balığı 2,7%, kefir 2,5%, süd 2,4%, qənnadı məmulatları 1,6%, pendir və kəsmik 1,5% bahalaşıb.
Yalnız yerkökü 2,9%, şəkər tozu 1,9% ucuzlaşıb.
Noyabrda 2022-ci ilin oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarının qiymətlərində artım 1,6% təşkil edib. Dizel yanacağı 13,9%, kömür 2,6%, odun 1,6% bahalaşıb. Yuyucu və təmizləyici vasitələrin qiymətləri 4,1%, şəxsi istifadə üçün malların qiymətləri 2,8%, geyim və ayaqqabıların, qab-qacaq, tekstil mallarının qiymətləri 1,6% bahalaşıb.
Son bir ayda pullu xidmətlərin qiymətlərinin səviyyəsi də 0,8% artıb. Qiymətlərdə iaşə xidmətləri 2,7%, hamamlar 1,9%, bərbər və gözəllik salonları 1,8%, səhiyyə xidmətləri, istirahət və idman tədbirləri sahəsində 1,7%, mehmanxanalar 1% bahalaşıb.
“2022-ci ilin noyabr ayında inflyasiya illik müqayisədə 19,6% təşkil edib. Ərzaq məhsullarının qiymətləri 24,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 18,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 14,1 faiz bahalaşıb”, - deyə məlumatında bildirilir.
***
Qeyd edək ki, cari ildə Azərbaycanda da ərzaq məhsullarının qiyməti xeyli artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 9 aylıq (yanvar-sentyabr) inflyasiya 13,2%-dən 13,4%-ə, 12 aylıq inflyasiya 14,2%-dən 15,6%-ə, ərzaq inflyasiyası isə 20,8%-dən 21,8%-ə qalxıb.
2022-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 11,4 faiz yüksəlib.
2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 01,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 20,8 faiz artmışdı.
Y.MƏMMƏDLİ