Rusiyaya qarşı neft sanksiyaları ilə embarqonun nəticələrinin nə olacağı ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, dekabrın 7-də neft qiymətləri sabitdir.

Brent fyuçersləri əvvəlki ticarət sessiyasında ikinci dəfə 80 dollardan aşağı düşdükdən sonra 0717 GMT-ə qədər 3 sent və ya 0,04% artaraq 79,38 dollar/barel olub.

ABŞ-ın neft fyuçersləri 9 sent və ya 0,12% ucuzlaşaraq barreli 74,16 dollar olub. Çərşənbə axşamı, dekabrın 6-da Brent qiymətlərinin düşməsi, bu il kotirovkaların 62 dollar diapazonunda ticarət edildiyi sentyabrın sonundan bəri ən böyük gündəlik eniş oldu.

Ukraynada müharibə və Rusiyaya qarşı neft sanksiyaları:

2022-ci il may ayının sonunda Aİ ölkələrinin liderləri Rusiya neftinin ixracına qadağa qoyulması barədə razılığa gəliblər.

Dekabrın 3-də Avropa İttifaqı Şurası Rusiyadan ixrac edilən neftin tavan qiymətinin bir barel üçün 60 dollar müəyyən edilməsi barədə qərar qəbul edib.

5 dekabr 2022-ci ildə Aİ-nin Rusiyaya qarşı neft sanksiyaları qüvvəyə minib.

Qiymət tavanı o deməkdir ki, dekabrın 5-dən etibarən Aİ-nin 27 ölkəsi, Böyük Britaniya, ABŞ, Kanada, Yaponiya və Avstraliya Rusiya tanker nefti ilə bağlı xidmətlər yalnız müəyyən edilmiş tavan qiymətindən və ya ondan aşağı qiymətə alındığı halda göstəriləcək. 2023-cü il fevralın 5-dən Rusiya neft məhsullarının alınması da qadağan olunacaq.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində məhdudlaşdırılması qərarını şərh edərkən, videomüraciətində bunun zəif mövqe olduğunu qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN