Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar artaraq 79,54 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 74,38 dollar olub.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 5 dollar azalaraq 82,09 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.