3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsində, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339.553 vahid artıb və bu il dekabrın 1-nə 1.741.468 olub.
Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827.494 təşkil edib.